Bakı – Sumqayıt dairəvi dəmir yolunun təmirinə başlanılıb

Bakı Sumqayıt sakinlərinin nəzərinə!

819
(Yenilənib 13:53 01.02.2018)
Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır

BAKI, 1 fevral — Sputnik. Bakı – Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə ciddi önəm verərək deyib: "Bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər".

Bakı – Sumqayıt dairəvi dəmir yolunun təmirinə başlanılıb
© Photo : ADY mətbuat xidməti
Bakı – Sumqayıt dairəvi dəmir yolunun təmirinə başlanılıb

"Bu gündən etibarən (1 fevral 2018-ci ildən) qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı — Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir", — Qədirova bildirib.

"Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub", — deyə o əlavə edib.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

819
Teqlər:
Bakı – Sumqayıt dairəvi dəmir yolu, əsaslı təmir, Sevinc Qədirova, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
Əlaqədar
Dəmiryolu işçisi Bakı-Tbilisi-Qarsın gəlir verməsinədək gözləmədi
Dəmiryolçular bir yerə toplaşdılar
Dəmiryolları gücləndirilmiş iş rejiminə keçib
Dəmiryolçular savab iş gördülər
Kişi kabab bişirir, arxiv şəkli

İki manatından keç, piknikini elə

1
(Yenilənib 20:44 26.01.2021)
Piknik etmək üçün yer axtarmaq indən belə çətin olmamalıdır. Nazirlik rəsmisinin sözlərinə görə, milli parklarda piknikə icazə var

BAKI, 26 yanvar — Sputnik. "Milli parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşrutları üzrə piknik nöqtələri də yaradılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı milli parklarda keçən ilə nisbətən daha da artırılıb: "Nazirlər Kabineti tərəfindən milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

1
Teqlər:
icazə, milli park, piknik
Dollar əskinasları və cüzdan, arxiv şəkli

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

7
(Yenilənib 20:27 26.01.2021)
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

BAKI, 26 yanvar — Sputnik. Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.

C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

7
Teqlər:
dəyişiklik, ədəd saxta əskinas, ABŞ, dollar