Çərşənbə tonqalı

Çərşənbələrin vaxtı açıqlanıb

610
(Yenilənib 14:53 26.01.2018)
Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bu il qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 27-də ilk — Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı — Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

610
Teqlər:
çərşənbə, Novruz bayramı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Milli Elmlər Akademiyası
Əlaqədar
İlaxır çərşənbəni qeyd edənlərə əcaib cəza
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Novruzla bağlı bilmədiyimiz heyrətamiz faktlar