Valyuta alış satışı

Rəsmi valyuta məzənnələri dəyişib

205
(Yenilənib 11:18 25.01.2018)
Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb

BAKI, 25 yanvar — Sputnik. Yanvar ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 24-ü ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.1143 manata, rubl/manat məzənnəsi isə 0,0303 manata qalxıb.

Yanvarın 24-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0948 manata, 1 rubl 0,0302 manata bərabər idi.

205
Teqlər:
rəsmi, yanvar, rubl, məzənnə, avro, manat, dollar
Əlaqədar
Qərar verildi: Dolların taleyini bu şəxs həll edəcək
Azərbaycanda dollar erası başa çatmaq üzrədir
Azərbaycanda xarici valyutaların məzənnəsi dəyişdi
Manatın məzənnəsində geriləmə
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

105
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

105
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

9
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

9