Yol təmiri, arxiv şəkli

Yeni yol təmiri başlayıb

31
(Yenilənib 15:22 22.01.2018)
Torpaq işləri bitəndən sonra yolun 220 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək

BAKI, 22 yanvar — Sputnik. Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) tərəfindən müvafiq işlərə başlanılıb.

AYDA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 37.5 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 12 və 18 metr uzunluqlara malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. Yeni suötürücü boruların tikintisi və daha 1 ədəd 12 metrlik körpünün inşası istiqamətində işlər davam etdirilir.

Torpaq işləri bitəndən sonra yolun 220 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

31
Teqlər:
Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu, AYDA, Zaqatala rayonu, təmir
Əlaqədar
Bu yolun da təmiri başa çatdı
Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə
Əhalinin narahatlığına səbəb olan yolun təmiri başa çatır
Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb oldu
Bakı metrosunda uzun müddət davam edən təmir işləri başa çatıb
Binəqədi şosesinin təmiri niyə ləngiyir?