Eyfel qülləsi, Paris

Paris mötəbər tədbiri keçirməyə namizədlikdən imtina edib

579
(Yenilənib 23:45 21.01.2018)
Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb

BAKI, 21 yanvar — Sputnik. Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün Fransanın "Journal du Dimanche" qəzeti məlumat yayıb.

Fransa baş naziri Eduard Filipp bununla bağlı "Expo-2025" Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E.Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında "Expo-2025"-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda "Expo-2025" sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq.

Azərbaycan "Expo 2025 Bakı" Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" olacaq.

579
Teqlər:
Bakı, Yaponiya, Azərbaycan, "Expo-2025" Ümumdünya Sərgisi, Fransa baş naziri Eduard Filipp, Paris
Əlaqədar
Qəbələdə beynəlxalq sərgi açılıb
Azərbaycanda sərgi keçiriləcək
Parisdə “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərgi açılıb
Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası

Diplomatların Qarabağ turu: Fransa səfirindən "uşaq tərbiyəsi" resepti

0
(Yenilənib 18:53 07.03.2021)
Fransanın Azərbaycandakı səfiri Zakari Qross: "Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar".

BAKI, 7 mart — Sputnik. Xarici ölkələrin Azərbaycandakı nümayəndələri – diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti turu baş tutub.

Sputnik Azərbaycan Real-a istinadla xəbər verir ki, onları Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Səfərin məqsədi ermənilərin regionda törətdiyi vandal əməlləri, xarabalığa çevrilmiş evləri, məhv edilmiş infrastruktur və ekologiyaya vurulan zərəri beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

Diplomatlar ilk olaraq Füzulinin Merdinli kəndində erməni vandalizmi izləri ilə tanış olublar. Buradakı məscidə ziyarət təşkil edilib. Hikmət Hacıyev ermənilərin məsciddə heyvan saxladıqlarını diplomatların nəzərinə çatdırıb.

Daha sonra məscidi ziyarət edən Liviyanın Bakıdakı müvəqqəti işlər müdiri Əşrəf Adəm ermənilərin burada törətdiyi qeyri-insani davranışları sərt şəkildə tənqid edib.

Diplomatlar daha sonra Füzulidə hazırda tikilməkdə olan hava limanı ərazisinə gəliblər. Burada görülən işlərlə tanışlıq olub.

Səfərin növbəti dayanacağı Qubadlı isə diplomatlara ilk olaraq burada ətraf-mühitə vurulan zərər-ziyan, ermənilərin kəsilib məhv etdiyi ağaclar göstərilib.

Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin ekologiyasına dəyən zərər barədə məlumat veribər.

Diplomatik korpusun nümayəndələri daha sonra Laçına gəliblər. Güləbird Su Elektrik Stansiyasına səfər təşkil edilib.

Yol boyu diplomatların əksəriyyəti erməni vandalizmini qınadığını bildirib.

"Bu, onun sübutudur ki, Azərbaycan və Ermənistan sülhə və barışığa getmək üçün addımlar atmalıdır. Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar", - Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib

Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro: "Burada törədilən çox saylı dağıntılara baxmayaraq Azərbaycanın qısa müddətdə gördüyü yenidənqurma işləri, regiona etdiyi yatırımları ilə sərgilədiyi gələcəyə yönəlik mövqeyi məni çox mütəəssir etdi. Mənim xalqım da gələcəyi, inkişafı düşənən xalqdır. Ona görə bu, xüsus məni heyran edir. Əlbəttə, müharibə dəhşətlidir, dağıntılar mənfur əməllərdir. Baxın. Boyaqın qoxusu hələ də hiss olunur. Bura gənc bir ölkədir, möhtəşəm gələcəyi var. Azərbaycanın ittiham irəli sürmək üçün tam hüququ var. Bu, tərəfləri məsələ ilə bağlı müvafiq forumlara çıxaracaq. Vacib olan gələcəyə baxmaqdır".

"Əlbəttə, dağıntılar, xüsusilə, ibadət evlərinin dağıdılması inanılmazdır. Səfər boyu ilk dayandağımız məntəqədəki məsciddə bunun şahidi olduq. Bu, mənim üçün məqbul bir hərəkət deyil. Ermənilər burada SES-ə də zərər vurubmuşlar. Bu cür əməlləri heç bir ölkə qəbul etməz. Məscidlərin dağıdılması bir yana, onlar bu ibadət evindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Burada mal-qara, donuz saxlayıblar. Bu, bəşər normalarına qarşıdır. Heç nə demək olmur. İnsan bu cür əməlləri təsəvvür belə edə bilmir. Çox pis əməllərdir", - İndoneziya Səfirliyinin nümayəndəsi Yusuf Yusuf bildirib.

"Azərbaycan hökuməti və onun prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirik ki, Qubadlı, Zəngilan və Laçına gəlib buradakı işləri yaxından görmək üçün bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Buradakı dağıntıları yerli sakinlərindən ayrı düşmüş evləri görmək ürəksığıcıdır. Bu evlərdə uşaqlar, ailələr yaşayırdı. İndi isə evlər dağılıb və geriyə xatirələr qalıb. Digər tərəfdən, buradakı yeni müasir Su Elektrik Stansiyasının necə sürətlə tikilmiş olduğunu gördük və bu da bizi mütəəssir etdi. Bu, Azərbaycan xalqının və hökumətinin mətanətini, qətiyyətini göstərir. Azərbaycan xalqına və, ümumilikdə, region əhalisinə sülh şəraitində yaşamağı arzulayırıq. Təşəkkür edirəm", - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Karim deyib.

Qeyd edək ki, Füzuli və Qubadlı müvafiq olaraq ötən ilin 17 oktyabr və 25 oktyabr tarixində milli ordumuz tərəfindən işğaldan azad edilib. Laçın isə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs bəyanatına əsasən, 1 dekabrda Azərbaycana təhvil verilib.

0
Teqlər:
Qarabağ, Hikmət Hacıyev
Roma Papası Fransis İraqda

Roma Papası İraqdan qadınlarla bağlı çağırış edib

7
O, qadınlara diqqət ayırmağa və imkanlar verməyə çağırıb. Fransisk həmçinin "Allahın müdafiə etdiyi" Məryəmin rolunu yada salıb.

BAKI, 7 mart — Sputnik. Roma Papası Fransisk Beynəlxalq Qadınlar günü ərəfəsində qadınlara hörmət etməyə və onları qorumağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Report Rusiya mediasına istinadla məlumat yayıb.

İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid şəhərində xütbə ilə çıxış edib.

"Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq həyat verməyə davam edən cəsur qadınlara təşəkkür edirəm. Qadına hörmət edilməli və qorunmalıdır", - Fransisk deyib.

O, qadınlara diqqət ayırmağa və imkanlar verməyə çağırıb. Fransisk həmçinin "Allahın müdafiə etdiyi" Məryəmin rolunu yada salıb.

Fransisk Roma-katolik kilsəsinin İraqa səfər edən ilk rəhbəridir.

7
Teqlər:
Roma papası Fransisk, Roma Papası