Bakı şəhəri

Bakı Abşeron sakinlərinə xəbərdarlıq

392
(Yenilənib 15:18 19.01.2018)
Arabir güclənən şimal-qərb küləyi əsəcək, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

BAKI, 19 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq.

Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

392
Teqlər:
dərəcə, hava şəraiti, Abşeron yarımadası, temperatur, Bakı, gündüz, gecə, isti, külək
Əlaqədar
Əhaliyə xəbərdarlıq: Yanvarın 20-si axşamadək ehtiyatlı olun
Rəsmi xəbərdarlıq: Qarşıdakı iki gündə ehtiyatlı olun
Növbəti hava xəbərdarlığı
Ölkə ərazisində hökm sürən faktiki hava şəraiti
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

6
(Yenilənib 00:28 16.08.2020)
Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

6
Finlandiyada epidemioloji vəziyyət

Bu ölkədə rəqəmlər yenidən artdı - 45 yoluxma faktı hökuməti hərəkətə keçirdi

4
(Yenilənib 23:20 15.08.2020)
Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

BAKI, 15 avqust — Sputnik. Finlandiya hökuməti bütün dünyada 20 milyon şəxsin yoluxduğu, 750 min nəfərin isə dünyasını dəyişdiyi koronavirus pandemiyasını önləmək üçün yenidən təcili addımlar atmalı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, belə ki, ölkənin baş naziri Sanna Marin və səhiyyə üzrə baş mütəxəssislərdən biri olan Mika Salminenin birgə təşkil etdiyi mətbuat konfransında bildiirlib ki, son 2 həəftədə ölkədə COVID-19-la bağlı rəqəmlərlə artım qeydə alınıb. Marin bildirib ki, xaricdən, xüsusən də virusun daha çox tüğyan etdiyi "qırmızı bölgə"dən gələn şəxslər  məcburən 14 gün karantində qalacaqlar.

Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

Baş nazir bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu, əlləri tez-tez yumaq, gigiyenik qaydaları qorumaqır.

Qeyd edək ki, son sutkada ölkədə 45 nəfərdə COVID-19-un aşkarlanması Finlandiya hökumətini həyəcan siqnalı çalmağa vadar edib.

4