Manat

Manat yenidən bahalaşdı

219
(Yenilənib 11:05 18.01.2018)
Mərkəzi Bank rəsmi məzənnələri açıqlayıb

BAKI, 18 yanvar — Sputnik. Yanvar ayının 18-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 17-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0734 manata, rubl/manat məzənnəsi isə 0,0299 manata düşüb.

Yanvarın 17-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0827 manata, 1 rubl 0,0301 manata bərabər idi.

219
Teqlər:
rəsmi, yanvar, rubl, məzənnə, Mərkəzi Bank, avro, manat, dollar
Əlaqədar
Mərkəzi Bank yeni məzənnə rejiminə keçilib-keçilməyəcəyinə aydınlıq gətirdi
Manatın məzənnəsində geriləmə
Yeni iş həftəsinin ilk rəsmi məzənnəsi
Dolların sabahkı məzənnəsi təxmini bəlli oldu
Mərkəzi Bank manatın yeni məzənnəsini açıqladı
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

10
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

10