Moskva

Moskva müttəfiqlərinin müdafiəsinə qalxdı

477
(Yenilənib 15:10 15.01.2018)
Vaşinqtonun yeni planına rəsmi Dəməşqdən də sərt açıqlama verilib

BAKI, 15 yanvar — Sputnik. “Amerika Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlı deyil”. Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin 2017-ci ildə xarici siyasət sahəsində gördüyü işlərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib.

Suriyanın şimalında ABŞ-ın rəhbərliyi ilə yaradılması planlaşdırılan və əsas hissəsini PYD-li terrorçuların təşkil etdiyi 30 minlik ordu haqda danışan Lavrov deyib ki, bu müstəqil ölkənin suverenliyinin tapdalanması deməkdir.

"Türkiyəli, iranlı və digər həmkarlarımız kimi biz də bununla bağlı Vaşinqtondan izahat gözləyirik. Bu, Suriyanın ərazisinin bölünməsi baxımından çox ciddi və təhlükəli məsələdir. ABŞ böyük ehtimalla bu ordu vasitəsi ilə Suriyanın Türkiyə və İraqla sərhədinə nəzarət etməyi planlaşdırır" — Lavrov qeyd edib.

Vaşinqtonun yeni planına rəsmi Dəməşqdən də sərt açıqlama verilib. "ABŞ-ın yaratdığı orduda yer alan istənilən silahlı şəxs vətən xaini olaraq görüləcək. Bu plan müstəqilliyimizə və suverenliyimizə birbaşa təhdiddir. Ordumuz ABŞ və onun əlaltılarını ölkədən təmizləmək üçün tam əzmlidir" — Suriyanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

477
Teqlər:
Mətbuat konfransı, müstəqil, Dəməşq, Suriya, suveren, Sergey Lavrov, Amerika, Rusiya, Türkiyə, ABŞ, ərazi bütövlüyü, ordu
Əlaqədar
Sergey Lavrov: "Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur"
Qisas qiyamətə qalmadı: Rusiya əks-hücuma keçdi
Hüseynov: “ABŞ Rusiya KİV-lərinin sıxışdırılması üçün addımlar atır”
Rusiya xarici işlər nazirindən Türkiyə və İrana yönəlik mühüm bəyanat