Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Allahverənovun məhkəmə dinləməsi başlayıb

CC0 / succo / hammerTərəzi və məhkəmə çəkici, arxiv şəkli
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi keçirilib

BAKI, 15 yanvar — Sputnik. Rusiyanın Xabarovsk vilayət məhkəməsində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dinləmələr yanvarın 23-də davam edəcək.

Xatırladaq ki, 2017-ci il avqustun 20-də Xabarovskda Andrey Draçev və Anar Allahverənov arasında mübahisə başlayıb. İstintaq məlumatlarına görə, Allahverənov Draçevə baş və bədən nahiyələrindən 21 əl və ayaq zərbəsi vurub. Bundan sonra zərəçəkən yerə yıxılıb və huşunu itirib. Anar Allahverənov yıxılandan sonra da idmançıya başından 5 zərbə vurub. İdmançı aldğı zərbələrdən xəstəxanada dünyasını dəyişib.

Bundan sonra qətllə bağlı cinayət işi açılıb. Allahverənov hadisədən bir ay sonra hüquq mühafizə orqanlarına təslim olub.

Xəbər lenti
0