Manat və dollar

Manatın məzənnəsi dəyişdi

552
(Yenilənib 10:15 12.01.2018)
Mərkəzi Bank rəsmi məzənnələri açıqlayıb

BAKI, 12 yanvar — Sputnik. Yanvar ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, yanvarın 11-i ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0492 manata, rubl/manat məzənnəsi isə 0,0301 manata qalxıb.

Qeyd edək ki, yanvarın 11-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0312 manata, 1 rubl 0,0298 manata bərabər idi.

552
Teqlər:
rubl, məzənnə, manat, dollar, rəsmi, Mərkəzi Bank
Əlaqədar
Dolların sabahkı məzənnəsi təxmini bəlli oldu
Yeni rəsmi məzənnə
Mərkəzi Bank manatın yeni məzənnəsini açıqladı
Manatın yeni il məzənnəsi
(0:34 / 3.26Mb / просмотров видео: 7)

Ermənistanın səhər saatlarında məhv edilən hərbi texnikalarının videogörüntüləri VİDEO

7
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının görüntülərini yayıb. Daha ətraflı videoda izləyin.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

7
İskəndər M raket kompleksi

Paşinyan Azərbaycana qarşı "İsgəndər" "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

42
(Yenilənib 13:23 30.09.2020)
"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir" - Paşinyan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərinin və "Su-30SM" qırıcılarının tətbiqi imkanı məsələsini şərh edib.

"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir", - deyə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

42