Türkiyədən ABŞ-a cavab: Əməkdaşlıq dayandırıldı

© AFP 2023 / MURAD SEZER Türkiyə və ABŞ bayraqları
Türkiyə və ABŞ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan bildirib ki, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçunu ekstradisiya etsə də, qarşı tərəf Fəthulla Güləni indiyədək Ankaraya təhvil vermir

BAKI, 12 yanvar — Sputnik. Türkiyə bundan sonra ABŞ-ın terrorçuların ekstradisiyası barədə tələblərini yerinə yetirməyəcək. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Ərdoğan bildirib ki, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçunu ekstradisiya etsə də, qarşı tərəf Fəthulla Güləni indiyədək Ankaraya təhvil vermir.

"Biz ABŞ-ın istədiyi adamları onlara ekstradisiya etdik. Ancaq onlar Fətullah Güləni verməməkdə israr edirlər. Buradan açıq ifadə edirəm. Mən hakimiyyətdə olduğum müddətdə Amerika Türkiyədən bir adamı da ala bilməyəcək" – Türkiyə prezidenti vurğulayıb.

Xəbər lenti
0