Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Dövlət komitəsində böyük qalmaqal

619
(Yenilənib 10:50 11.01.2018)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən növbəyə dayanmayan və qaçqın olmayan şəxslərə ev verdiyinə görə polisə, prokurorluğa şikayət edilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində böyük rezonansa səbəb olacaq qalmaqal baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Belə ki, bir qrup məcburi köçkün pul müqabilində başqalarının ev növbəsi qabağa salındığı ittihamı ilə Dövlət Komitəsinin əməkdaşları əleyhinə etiraz aksiyası keçirib. Məlumata görə, hazırda Binəqədi Rayon Prokurorluğunda AR Baş Prokurorluğunun nəzarəti altında faktla bağlı araşdırma aparılır.

Məlum olduğu kimi, vaxtilə Binəqədi rayonu ərazisindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmış bir qrup məcburi köçkünü qəzəbləndirən səbəb Dövlət Komitəsinin hələ ötən ilin dekabrında bayramqabağı Xətai rayonu ərazisində, Telnov küçəsində tikilən binadan bəzi şəxslərə növbədənkənar ev verməsi olub. Etirazçılar artıq uzun illərdir ki, öz mənzil növbələrini gözləyirlər. Ədalətsizliklə üzləşən qaçqın və məcburi köçkünlər Binəqədi Rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət ediblər. 

Qeyd edək ki, ötən bayram günlərində 250-yə qədər məcburi köçkün Binəqədi rayonunda etiraz aksiyası keçirərək avtomobil yolunu bağlayıblar. İlkin məlumatlara görə, 2013-cü ildə Səhiyyə Nazirliyinin balansındakı tikintisi başa çatmamış binada yaşayan bir qrup məcburi köçkün Müşfiqabad qəsəbəsində mənzillə təmin edilib. Digər qaçqın və məcbur köçkünlərə isə söz verilib ki, gələn dəfə onların da növbəsi çatacaq və mənzil problemləri tezliklə həll ediləcək. Amma şikayətçilər bildiriblər ki, nəticədə 2014-cü ildə Səhiyyə Nazirliyinin yarımçıq binasında qaçqın və ya məcburi köçkünlüklə bir əlaqəsi olmayan yeni şəxslər məskunlaşdırılıb. Sonra isə onlar Telnov küçəsində mənzillə təmin ediliblər, baxmayaraq ki, məcburi köçkünlər illərdir o küçədəki binada öz mənzil növbələrini gözləyilər. Şikayətçilər bildiriblər ki, yeni sakinlər Xətai rayonundakı evə müəyyən məbləğdə (3-5 min manat) pul verərək 2-3 otaqlı mənzillərə sahib olublar.

Maraqlı məqamlardan biri də odur ki, etiraz edənlər təkcə mənzilsiz qalan qaçqın və ya məcburi köçkünlər deyil, həm də Telnov küçəsində ev alan yarımçıq binanın yeni sakinləridir. Sonuncuları narazı salan səbəb isə çoxuşaqlı ailələrə yeni evdə birotaqlı mənzillərin verilməsidir. 

Sputnik Azərbaycan-ın müxbiri baş vermiş hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İki gün ərzində müxbirimizin Komitə ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq, qarşı tərəf lazımi informasiyanı verməyə vaxt tapa bilməyib. Mətbuat Xidmətinin rəhbəri Elçin Qədimov sözügedən etiraz aksiyası və narazılıqlar haqqında məlumatının olmadığını deməklə kifayətlənib.

Onun sözlərinə görə, bu işin rayon prokurorluğunda araşdırıldığından xəbərsizdir. O, hətta son zamanlar Dövlət Komitəsinin nə qədər məcburi köçkünü yaşayış yeri ilə təmin etdiyini də bilmədiyini deyib.

619
Teqlər:
Binəqədi rayon Prokurorluğu, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Elçin Qədimov, Müşfiqabad qəsəbəsi, Binəqədi rayonu
Əlaqədar
Reytinq bəlası və ya mətbuat məcburi köçkün ailəsinin dərdinə necə dərd qatdı
Məcburi köçkünlərin yataqxanasında şiddətli yanğın hələ söndürülməyib
Məcburi köçkün ailələrinə bayram sevinci
Millət vəkili Əli Həsənova səsləndi: Şəhid və məcburi köçkün ailəsi küçədə qalıb

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

2
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

2
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

1
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

1