Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu

Gömrüklə bağlı tələb sərtləşdirildi, güzəşt ləğv edildi

897
(Yenilənib 14:40 10.01.2018)
Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi sərtləşdirilib

BAKI, 10 yanvar — Sputnik. Gömrük Məcəlləsinə dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən 64.2-ci maddə (64-cü maddə Şəxsi yoxlama adlanır) aşağıdakı redaksiyada verilib: "64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.".

64.2-ci maddənin qüvvədə olan redaksiyasında deyilir ki, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir.

Təklif olunan redaksiyada deyilir ki, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.

Digər bir dəyişikliyə görə 99-cu maddə (Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər) üzrə:

99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında "hal şahidləri" sözlərindən sonra "(yalnız hal şahidlərinin iştirak etdiyi halda)" sözləri əlavə edilib.

99.4-cü maddədə: birinci cümlə aşağıdakı redaksiyada verilib: "Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.";

ikinci cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib: "Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.".

99.4-cü maddənin mövcud birinci cümləsində isə deyilir ki, şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir.

Digər dəyişikliyə əsasən 131.1-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz olunub.

131-ci maddə nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi adlanır.

131.1-ci maddənin təklif olunan redaksiyasında deyilir ki, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir: nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı; nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları; nəqliyyat vasitəsinin heyəti və sərnişinləri; təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük; mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük; nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

131.1-ci maddənin qüvvədə olan redaksiyasında isə deyilir ki, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər: nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı; nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları; nəqliyyat vasitəsinin heyəti və sərnişinləri; təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük; mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük; nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Qanun layihəsi qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (o cümlədən videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın) aparılması ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb. Layihəyə əsasən hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək.

Dəyişikliklər Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

897
Teqlər:
təqdim, şəxsi yoxlama, Gömrük Məcəlləsi, videoçəkiliş, cümlə, müşahidə, dəyişiklik, nəzarət, maddə
Əlaqədar
Gömrük Komitəsi 14 ayın videosuna münasibət bildirdi - VİDEO
Dövlət Gömrük Komitəsindən yeni xəbər var
Gömrükdə videoçəkiliş qadağası gəlir
Ucuzlaşma olacaq: Bu mallara gömrük rüsumu ləğv edilir
Gömrükdə hamını heyrətləndirən hadisə baş verdi