Quba rayonu Xınalıq kəndi

Alpinistlərin axtarış qərargahından xəbər var

889
(Yenilənib 16:34 09.01.2018)
Onların axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib

BAKI, 9 yanvar — Sputnik. "Gilavar" hava-ekstrim idman klubunun 3 üzvünün axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, avstriyalı alpinist Adolf Harrer və başqaları iştirak edir.

Qeyd edək ki, "Gilavar" hava-ekstrim idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə Quba rayonu ərazisində itkin düşüb. Onların axtarışları hələ də davam edir.

889
Teqlər:
"Gilavar" Hava-Ekstremal İdman Klubu, əməliyyat müşavirəsi, qərargah
Əlaqədar
İtkin düşən alpinistlərlə bağlı birgə məlumat: Cinayət işi açıldı
Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO
İtmiş alpinistlərin axtarışları ilə bağlı bədbin xəbər...
İtkin düşmüş alpinistlərlə bağlı açıqlama: "Mümkün deyil"
Hərbçidən itkin düşmüş alpinistlərlə bağlı ilginc açıqlama
Alpinistlərin axtarışı ilə bağlı çətinliklər yaranıb, nəticə yoxdur...
Alpinistlərin rəhbəri: "Onları diri-diri basdırırlar"
İntihar kəndiri, arxiv şəkli

Akademiya birinci kurs tələbəsinin intiharına münasibət bildirib

2
(Yenilənib 10:08 28.02.2021)
Birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur Əsgərov onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub.

BAKI, 28 fevral - Sputnik. “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub:

“Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.

Qeyd edək ki, hadisə dünən Qəbələ rayonunda baş verib. Zərgərli kəndində yerli sakin, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

2
İndiki Azadlıq meydanında Leninin heykəli

DTK-nın törədib azərbaycanlıların üstünə atdığı Sumqayıt hadisələrindən 33 il ötür

5
(Yenilənib 09:49 28.02.2021)
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.

BAKI, 28 fevral - Sputnik. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıtda törətdiyi xoşagəlməz hadisələrdən 33 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.

Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.

Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ DTK-nın o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-nın himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.

Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 illik həbs cəzası verilib, lakin o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.

Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.

5