Hərrac,arxiv şəkli

Dövlətin bu qurumları satışa çıxarılır

142
(Yenilənib 11:33 08.01.2018)
Hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb

BAKI, 8 yanvar — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 23 fevralda növbəti hərrac keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Komitədən məlumat verilib.

Bildirilib ki, hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən Nərəcan kənd Mədəniyyət Evidir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959,3 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 6 260 kvadratmetrdir.

Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 235,7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 276,5 kvadratmetrdir.

Budəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Bərdə Kəndkimya", "Beyləqan Buzxana", "Salyan Kəndkimya", "Tərtər Nəqliyyat", "Lənkəran Mebel" kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.

Vətəndaş hərraca çıxarılan hər bir əmlakla ƏMDK-nın rəsmi saytında (emdk.gov.az), o cümlədən privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir.

Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa, elə həmin səhifədəcə "sifariş ver" düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

142
Teqlər:
sahə, dövlət əmlakı, ƏMDK, müəssisə, Əmlak Məsələləri Dövlət Komitəsi, özəlləşdirmə, torpaq, hərrac, qiymət
Əlaqədar
Ləğv edilmiş dövlət idarəsinin əmlakı satılır
Onun döyüş xələti 215 min dollara satıldı
Prezidentin toyunda kəsilən tort satışa çıxarıldı

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8