Mixail Saakaşvilinin oğlunun maraqlı videosu yayıldı

© REUTERS / Gleb GaranichБывший президент Грузии Михаил Саакашвили и его сын Николоз сидят в поезде на железнодорожной станции в Пшемысле, Польша
Бывший президент Грузии Михаил Саакашвили и его сын Николоз сидят в поезде на железнодорожной станции в Пшемысле, Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın sabiq prezidentinin oğlu gürcü xəngəlini yemək qaydasını izah edib

BAKI, 7 yanvar — Sputnik. Sosial şəbəkələrdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Nikolozın gürcü xəngəlini yemək qaydasını öyrətdiyi video yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mixail Saakaşvili özünün facebook səhifəsində məlumat verib.

"Oğlum Nikuşa beynəlxalq ingilisdilli auditoriyaya gürcü xəngəlini (xinkali) necə düzgün yeməyin qaydasını öyrədir" — deyə Saakaşvili bildirib.

O, sözügedən videonu da paylaşıb.

Videoda Nikoloz ingilis dilində izah edir ki, gürcü xəngəlini çəngəl-bıçaqla deyil, əllə yeyirlər.

"Xəngəlin başından tutub onu başıaşağı çevirirsiz, azca dişləyirsiz və əvvəlcə içindəki suyu sorursuz, sonra isə başındakı xəmirə qədərki hissəsini yeyirsiz" — deyə Nikoloz bildirib.

Xəbər lenti
0