BAKI, 5 yanvar — Sputnik. Son günlər Şimal yarımkürədə ölümcül soyuqlar müşahidə edilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, soyuq hava dalğası ABŞ və Çində onlarla insanın ölümünə səbəb olub. ABŞ-ın şərqində 60 milyon insan soyuqdan əziyyət çəkir. Okean buz bağlayıb. Minlərlə təyyarə reysləri təxirə salınıb.
Məlumatlara görə, Nyu-Yorkda fövqaladə vəziyyət elan edilib. Kanada da güclü qar yağır. 30 illik fasilədən sonra Floridaya qar yağacağı ehtimal edilir.
Bostonda yarım metr qar müşahidə edilir. Şəhərdə 1921-ci ildən bu günə qədər olan ən soyuq hava şəraiti hökm sürür. Havanın soyuq və yağıntılı olması okeanın daşmasına səbəb olub. Ərazidə 5 minə yaxın reys təxirə salınıb. Dondurucu soyuqların gələn həftəyə qədər müşahidə ediləcəyi gözlənilir.
Dünyanın ən sıx ölkəsi olan Çində də vəziyyət eynidir. Ölkənin şərqində 10-a yaxın insan soyuqdan donaraq ölüb. Pekində soyuqla əlaqədar olaraq məktəblərdə tətil elan edilib. Məlumata görə, qar və soyuq ölkəyə 100 milyon dollardan çox zərər vurub.
Avropa qitəsinin qərbində Fransa, İngiltərə və İsveçrəni isə Eleanor qasırğası vurub. Hazırda bölgədə 100 minlərlə evə elektrik enerjisinin verilməsi dayandırılıb.
İsveçrədə sürəti saatda 195 kilometr olan fırtına qatarın resylərdən çıxmasına səbəb olub. Fırtınanın sürəti son 37 ildə ölkədə qeydə alınan ən güclü külək rekordunu qırıb.
BAKI, 6 mart — Sputnik. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Qeyd edək ki, Azərbaycan COVID-19-a yoluxmaya görə dünyada 55-dir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.
BAKI, 6 mart — Sputnik. HƏMAS-ın Siyasi idarə heyətinin üzvü Hüsam Bədran Fələstin Diyaloq Qrupunun təşkil etdiyi iclasda bildirib ki, İsrail Fələstində seçki deyil, mövcud qruplar arasında parçalanmanın davam etməsini istəyir. Sputnik Azərbaycan xəbər verir ki, Bədran bu il keçirilməsi planlaşdırılan seçkilər haqqında önəmli açıqlamalar verib.
O bildirib ki, İsrail onun müstəqilliyini tanımadığımız və müzakirələrə istəkli olmadığımız üçün HƏMAS-ın və digər işğalla mübarizə aparan qrupların seçkilərdə məğlub olmasını istəyir: “2006-cı ildə keçirilən seçkilərdə 1500 HƏMAS üzvü həbs etmişdi. İndi də bu siyasətin davam edəcəyini bilirik”.
Qeyd edək ki, Fələstin dövlət başçısı Mahmud Abbas yanvarın 15-də 15 il sonra İsrail işğalının davam etdiyi Fələstin ərazisində seçkilər keçirilməsi üçün qərarnamə imzalayıb. Qərarnaməyə əsasən mayın 22-də parlament, 31 iyulda isə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.