Михаил Саакашвили

Saakaşviliyə həbs cəzası verildi

75
(Yenilənib 13:43 05.01.2018)
Tbilisi məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin 3 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb

BAKI, 5 yanvar — Sputnik. Tbilisi məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin 3 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Saakaşvili 2006-cı ildə qətlə yetirilmiş "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işi üzrə həbs cəzası alıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, siyasətçi vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır.

Məhkəmə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutsa da, Amnistiya haqqında qanuna əsasən onun cəzasının 1/4 hissəsi azaldılaraq 3 ilə endirilib.

Cinayət işinin materiallarına görə, Saakaşvili Qirqvlianinin işi ilə əlaqəsi olan yüksək vəzifəli məmurları əfv etməklə onları məsuliyyətdən yayındırıb. Bu baxımdan zərərçəkmiş tərəfin hüquqları dövlətin qanuni maraqları kimi pozulub.

Saakaşvili ilə bağlı Gürcüstanda digər cinayət işləri də qaldırılıb: dövlət vəsaitlərinin şəxsi ehtiyaclar üçün xərclənməsi, 7 noyabr 2007-ci il tarixli səhmlərin paylanması ilə bağlı vəzifə səlahiyyətlərini aşma, parlamentin deputatı Valeri Qelaşvilinin döyülməsi. 2014-cü ildə baş prokurorluq ona qarşı qiyabi ittiham elan edib.

Saakaşvili Georgi Marqvelaşvili prezident postuna gəldikdən sonra, 2013-cü ildə Gürcüstanı tərk edib. 2015-ci ildə o, Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi olub. Qısa zamanda ona Ukrayna vətəndaşlığı verilib və Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib. O, 2016-cı ildə vilayətin rəhbəri vəzifəsini tərk edib. Sonra Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib.

Son zamanlar Saakaşvili Kiyevdə antihökumət aksiyaların təşkili ilə gündəmdədir. Baş Prokurorluq hesab edir ki, bu aksiyalar dövlət çevrilişi həyata keçirmək məqsədilə eks-prezident Viktor Yanukoviçin ətrafı tərəfindən maliyyələşdirilir. Bununla əlaqədar olaraq sabiq qubernator cinayət məsuliyyətinə cəlb edilib. 

75
Teqlər:
Sandro Qirqvliani, Georgi Marqvelaşvili, Valeri Qelaşvili, Viktor Yanukoviç, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili, Ukrayna, Ukrayna prezidenti Pyort Poroşenko, amnistiya, həbs cəzası, azadlıqdan məhrum etmə, Mixail Saakaşvili, Tbilisi, Gürcüstan
Əlaqədar
Mixail Saakaşviliyə geri çəkilmək üçün hədə-qorxu gəliblər
Saakaşvili Ukrayna prezidentini istefaya çağırdı, əks halda...
Saakaşvili tərəfdarlarını Oktyabr sarayını tərk etməyə çağırıb
Mixail Saakaşvili geriyə addım atdı
Mixail Saakaşvili sərbəst buraxıldı