Manat və dollar

Mərkəzi Bank manatın yeni məzənnəsini açıqladı

227
(Yenilənib 10:56 05.01.2018)
Dollar stabil qalıb, avro və rubl bahalaşıb

BAKI, 5 yanvar — Sputnik. Yanvar ayının 5-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 4-ü ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0527 manata, rubl/manat məzənnəsi isə 0,0298 manata qalxıb.

Yanvarın 4-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0431 manata, 1 rubl 0,0297 manata bərabər idi.

227
Teqlər:
rəsmi, rubl, məzənnə, Mərkəzi Bank, avro, manat, dollar
Əlaqədar
Manatın yeni il məzənnəsi
Mərkəzi Bankdan gələn il üçün manat diaqnozu
Manatla bağlı günün ilk məlumatı
Maliyyə nazirindən manat açıqlaması
Manatdan xarici valyutalar qarşısında dirəniş
 Fransa Prezidenti Emmanuel Makron

Makron Tramp Putinlə Qarabağı müzakirə edəcək

7
Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

BAKI, 30 sentyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla telefon danışıqları aparacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Makron Latviyanın paytaxtı Riqada mətbuat konfransı zamanı bildirib.

"Bu gün axşam prezident Putin və düşünürəm ki, sabah prezident Trampla bu məsələ barədə fikir mübadiləsi aparmaq və çıxış yolları (böhrandan –red.) təklif etmək üçün danışıqlar aparacağam", - deyə Makron qeyd edib.

Qeyd edək ki, Fransa, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

7
Экипажи бронетехники совершенствуют боевые навыки

Müdafiə Nazirliyi: Erməni taborunun şəxsi heyəti Tonaşendəki mövqelərini qoyub qaçır

87
(Yenilənib 12:37 30.09.2020)
Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır

BAKI, 30 sentyabr — Sputnik. Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinən daxil olan məlumatda bildirilir

"Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, Tonaşen kəndi Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd erməni silahlı qüvvələrinin işğalı altındadır.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.