Piyadanın ölümü ilə nəticələnən qəza

Qadını maşınla öldürüb qaçdı

1116
(Yenilənib 12:28 03.01.2018)
Şirvan şəhərinin mərkəzində qadını vurub qaçan Sabirabad sakini yaxalanıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 3 yanvar — Sputnik.
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Şirvan şəhərindəki Heydər Əliyev prospektində baş verib.

DİN-in mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. N.Xəlilova elə hadisə yerindəcə ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

1116
Teqlər:
Sabirabad, ağır yol-nəqliyyat hadisəsi, DİN, Şirvan şəhəri, Şirvan
Əlaqədar
Bakıda ağır qəza oldu, yaralı var
Piyada qətliamı davam edir: vəsiqəsiz sürücü 66 yaşlı qadını öldürdü
Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza
Dəhşətli qəzanın qurbanı yenə piyada oldu
Co Bayden, arxiv şəkli

Konqresmenlə prezidenti bir tutmayın - Co Baydenin hakimiyyəti Azərbaycana vəd edir?

1
(Yenilənib 15:47 22.01.2021)
"Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir" - siyasi ekspert

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.

Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.

“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.

Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.

1
Teqlər:
siyasət, prezident, Azərbaycan, Co Bayden
Qaz sayğacı, arxiv şəkli

Qaz sayğacları niyə çox yazır? Konkret cavab üçün yeni qərar verdilər

5
(Yenilənib 15:40 22.01.2021)
Şikayət olunan Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac da "Azəriqaz"a təhvil verilib

BAKI, 22 yanvar — Sputnik. "Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib. R.Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli smart sayğaclar ləğv olunmayıb: "Daha müasir smart sayğacların alışını hazırda da həyata keçiririk. Hazırda Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyərik".

5