Küçə

"26"nı sökən paytaxt rəhbərliyinin "Oktyabrın 40 illiyi"ndən xəbəri yoxdur?

662
(Yenilənib 16:00 27.12.2017)
Bakıda SSRİ dövründən qalma küçə adı vətəndaşların narazılığına səbəb olur

BAKI, 27 dekabr — Sputnik. Bakı şəhərində küçələrə qəribə adlar qoyulur. Hətta SSRİ dövründən qalan küçə adları da az deyil. Sputnik Azərbaycan-ın redaksiyasına göndərilən şəkil də bunu bir daha sübut edib.

Belə ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən küçələrdən birinin hələ də "Oktyabrın 40 illiyi" adlandırılması vətəndaşları narahat edir.

Oktyabrın 40 illiyi adlı küçə
© Photo : İlham Shaban
"Oktyabrın 40 illiyi" adlı küçə

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxuda Barxudayevlə əlaqə saxlayıb. O bildirib ki, bu məsələdən xəbərdardır: "Biz bir müddət öncə bu küçənin adının dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hətta Qarabağ şəhidlərindən birinin adının qoyulmasını da təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyirik".

Xatırladaq ki, bu ilin sentyabr ayında Bakı şəhər meri Hacıbala Abutalıbovun göstərişi və şəxsən iştirakı ilə, paytaxtın mərkəzində yerləşən "26-lar" kafesi əmlakı müsadirə edilməklə bağlanmışdı. Kafe sahibi cinayət məsuliyyətinə cəlb edilmişdi.

Şəhər meri kafenin bağlanılma səbəbinə belə aydınlıq gətirmişdi: "Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26-lar" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq". 

662
Teqlər:
Suraxanı Rayon İcra Hakimiyyəti, "Oktyabrın 40 illiyi", ad, Bakı şəhəri, Bakı Şəhər İcra Hakimiyyəti, küçə
Əlaqədar
Merin qəzəbi, "qanunsuz 26" və cavab axtaran suallar
Yazıçı Anar "26" kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
Bakıda "26" qadağan olundu