Elektrik enerjisi

Bakıda işıqlar kəsildi

59
(Yenilənib 11:06 27.12.2017)
Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

BAKI, 27 dekabr — Sputnik. Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Binənin Sovxoz yaşayış massivində 10 KV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

59
Teqlər:
Xəzər rayonu, elektrik enerjisi, Bakı
Əlaqədar
Qax sakininə xoş olmayan elektrik sürprizi
Azərbaycanda tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkilib
Bakıda məişət tullantıları zavodunda elektrik enerjisi istehsal olunur
Yüksək gərginlikli elektrik xəttinə əl uzatdı...
Partlayış, arxiv şəkli

Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"

25
(Yenilənib 16:49 21.10.2020)
"Bu onu göstərir ki, hər hansı diplomatik həll yolundan danışmaq mənasızdır, minimum indiki mərhələdə".

BAKI, 21 oktyabr — Sputnik. Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur və hələ uzun müddət də olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayımda müraciətində bildirib.

"Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur və bu andan etibarən uzun müddət də olmayacaq... Praktika göstərdi: Ermənistan üçün məqbul olan Azərbaycan üçün məqbul deyil. Bu onu göstərir ki, hər hansı diplomatik həll yolundan danışmaq mənasızdır, minimum indiki mərhələdə", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

25
Teqlər:
diplomatiya, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ordumuz Ermənistana məxsus daha 3 PUA məhv etdi
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
Çaykənd kəndində duman, arxiv şəkli

Bölgəyə leysan duman hakimlik edir: Faktiki hava

8
(Yenilənib 16:43 21.10.2020)
Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar və Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb

BAKI, 21 oktyabr — Sputnik. Oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa və Bakıda 1mm-dək olub.

Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar və Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Neftçala, Ağstafa,Tovuzda 20 m/s, Biləsuvar, Salyan, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.

8
Teqlər:
hava