Eyvanda siqaret çəkən qadın, arxiv şəkli

İnanılmaz olay: Güclü külək qadını eyvandan aşağı atdı, sağ qaldı

40
(Yenilənib 10:19 27.12.2017)
Onu traktorun çalovu ilə evakuasiya ediblər

BAKI, 27 dekabr — Sputnik. Saxalində fırtınalı külək siqaret çəkmək üçün eyvana çıxan təqaüdçü qadını yerə atıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın güclü külək nəticəsində 4-cü mərtəbədən yerə düşüb.

Xəbərə görə, 70 yaşlı qadın balkona siqaret çəkməyə çıxıb. Ancaq o, küləyin gücünə dözə bilməyib. Külək onu balkondan yerə atıb. Qadının bəxti onda gətirib ki, o, qar yığınının üstünə düşüb. Təcili yardım maşını hadisə yerinə çata bilmədiyindən qadını traktorun çalovu ilə evakuasiya ediblər. Hazırda o, ağır zədələrlə xəstəxanadadır.

Qeyd edək ki, iki gündür Saxalində güclü külək əsir. Küləyin gücü saniyədə 40 metrə çatır. Küləyin təsirindən 13-ə yaxın çoxmənzilli evin damı zərər görüb. Onlarla yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

40
Teqlər:
mərtəbə, Saxalin, qar, xəstəxana, qadın, külək
Əlaqədar
Azərbaycan üçün dəhşətli proqnoz: Ölkədə qadın qıtlığı yaranacaq
Qadının divanının altından 500 milyon tapıldı
İsrail-Fələstin qarşıdurmasının qarşısını alan qadın kimdir?
Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişdi
Bakıda vəhşicəsinə döyülən qadın doğum tarixini belə xatırlamır
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

133
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

133