Hamilə qadının ustrasəs müayinəsi, arxiv şəkli

Uşağın ana bətnində təpik atmasının səbəbi açıqlandı

85
(Yenilənib 10:26 27.12.2017)
Təpik atmaq uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır

BAKI, 26 dekabr — Sputnik. Kazan Federal Universitetinin alimləri Fransanın "Inserm" şirkətindən olan həmkarları ilə birlikdə ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini aydınlaşdırıblar.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır.

Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Məlum olub ki, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə — ana bətnində.

85
Teqlər:
uşaq, ana, alim, tədqiqat, Kazan Federal Universiteti, 'Inserm' şirkəti
Əlaqədar
Uşaq aqressivliyinin səbəbləri nədir?
İraqdakı azərbaycanlı uşaqlar yaxın günlərdə Vətənə qaytarılacaq
Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb
Uşaqları öldü, cəsədini də götürə bilmədilər
Onlar sizi gözləyir: Sputnik Azərbaycan onkoloji xəstə uşaqlar üçün Şaxta Baba axtarır
Bakıda möcüzə baş verdi: ovuc boyda uşaq doğuldu
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan regional kommunikasiyaların açılmasını son dərəcə vacib saydığını bəyan edib

2
(Yenilənib 22:03 24.09.2021)
Ermənistanın Baş naziri deyib ki, kommunikasiyaların açılaması sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq", - Paşinyan bildirib.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regional kommunikasiyaların açılması mövzusuna toxunub. O qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

İlham Əliyevin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Həmçinin oxuyun:

Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”

 

2

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə

190
(Yenilənib 21:37 24.09.2021)
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatların çox yayılmasına təəssüf edir.

BAKI, 24 sentyabr - Sputnik. İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Həmçinin oxuyun:

* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."

* Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

* Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?

190