Yür kürəsinin kosmosdan görünüşü, arxiv şəkli

Həftəlik qiyməti 40 milyon dollar Kosmosda da otel qururlar

38
(Yenilənib 10:15 27.12.2017)
İnşa və quraşdırılma işləri başa çatandan sonra yüzlərlə kilometr uzaqdan dünyanı seyr etmək mümkün olacaq

BAKI, 26 dekabr — Sputnik. Rusiya Federal Kosmik Agentliyi "Roskosmos" Beynəlxalq Kosmik Mərkəzdə (İSS) lüks otel qurmağı planlaşdırır. Sputnik Azərbaycan bu barədə "Mirror"-a istinadən xəbər verir.

İnşa və quraşdırılma işləri başa çatandan sonra yüzlərlə kilometr uzaqdan dünyanı seyr etmək mümkün olacaq.

​Oteldə qalanlar üçün geniş kabinlər, dünyaya möhtəşəm mənzərəsi olan böyük pəncərələr, xüsusi tualetlər və Wi-Fi xidməti mövcud olacaq.

Oteldə 20 ton ağırlıqda, 15,5 metr uzunluğunda 4 ədəd yataq otağı olacaq. Burada qalmaq istəyənlər həftəsinə 40 milyon dollar ödəməli olacaq.

Otelin quraşdırılmasının isə 446 milyon dollara başa gələcəyi bildirilir.

38
Teqlər:
Beynəlxalq Kosmik Mərkəz, "Roskosmos", milyon, səyahət, otel
Əlaqədar
NASA-nın astronavtı azərbaycanlıların kosmosa marağını artırmağa gəlib
NASA-dan inanılmaz layihə: kosmosdan qızıl gətiriləcək
NASA kosmosdan dünyaya əsrarəngiz səslər göndərdi
Rusiya ərəbləri kosmosa çıxarmaqda israrlıdır
Kosmosa səyahət edin