Tıxac

Bakıda üzücü tıxacdan qurtuluş yolu tapıldı

583
(Yenilənib 12:12 26.12.2017)
Tunelin gələn il tikilib istifadəyə veriləcəyi gözlənilir

BAKI, 26 dekabr — Sputnik. Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur. Bu barədə Sputnik Azərbaycan-a AYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat veirb.

O bildirib ki, tunelin inşa edilməsində məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: "Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu" stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdi. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu".

"Məhz o sıxlığın aradan qaldırılması üçün "Koroğlu" metrostansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa — Olimpiya kəndi istiqamətinə — dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionunun arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq" — deyən A.Nəcəflinin sözlərinə görə, tunelin gələn il tikilib istifadəyə veriləcəyi gözlənilir.

583
Teqlər:
"Koroğlu" metrostansiyası, AYDA, Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Olimpiya Stadionu, Ziya Bünyadov prospekti, tunel, Anar Nəcəfli, tıxac
Əlaqədar
BNA hərəkətə keçib: tıxaclar aradan qaldırılacaq
Bakıda zəncirvari yol qəzası baş verib, tıxac yaranıb
Bu yollarda tıxacdır - DİQQƏT
Zəncirvari qəza Bakıda tıxac yaratdı
Tıxaclara son qoyacaq layihə hazırlanıb