Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb

Onların da həyatı düzələcək: Prezidentin göstərişinin icrasına başlanılıb

890
(Yenilənib 20:06 24.12.2017)
"Sakinlərin kirayə qalması üçün təşkilatımız tərəfindən pul ödənilir"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Lənkəran şəhərində 13 qəzalı çoxmənzilli yaşayış binasından 6-ı təmirə bağlanıb. Qəzalı binaların bərpa işlərinə bu ilin 14 oktyabr tarixindən start verilib. Sputnik Azərbaycan-a təmir-bərpa işləri ilə bağlı layihə rəhbəri Xidmət Qurbanov ətraflı məlumat verib.

X.Qurbanovun sözlərinə görə, layihə işlərini "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu həyata keçirib: "Hazırda "AzComfort MMC" şirkəti bu layihələrin yerinə yetirilməsi ilə məşğuldur. Bir neçə gündən sonra artıq daha bir binada təmir-bərpa və bünövrənin möhkəmləndirilməsi işi aparılmasına start veriləcək".

Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəb, arxiv şəkli
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Layihə rəhbəri bu işdə çətinliklə üzləşdiklərini də deyib: "Belə ki, binaların özülünü bərkitmə və möhkəmləndirmək üçün əvvəlcə zirzəmilərdəki qrunt suları nasoslar vasitəsilə təmizlənir. Sonra gücləndirmə işləri aparılır. Qrunt suları çəkilmədən bu işləri görmək mümkün deyil. Buna görə də bəzi binalarda qrunt suları tam təmizlənmədiyi üçün işimiz ləngiyir. Lakin buna baxmayaraq həmin binalarda mümkün olan digər təmir-bərpa işlərini görürük. Əlavə edim ki, qəzalı binalara əvvəlcə baxış keçirəndə məlum oldu ki, təmir olunacaq 6 binanın 4-nün zirzəmisində su yoxdur və ilk olaraq onların təmirinə başladıq".

Təmirə bağlanan binaların sakinləri üçün nə kimi şərait yaradılması haqqında sualı X.Qurbanov belə cavablandırıb: "Sözügedən binalardan köçürülən sakinlərə "AzComfor MMC" tərəfindən 200-250 manat dəyərində kirayə pulları ödənilir."

  • Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb
    © Sputnik / Rahim Zakiroğlu
1 / 3
© Sputnik / Rahim Zakiroğlu
Lənkəran şəhərində 13 ədəd qəzalı çoxmənzilli yaşayış binalarından 6-sı təmirə bağlanıb

Lənkəranda qəzalı 13 binanın təmir-bərpa işlərinin nə vaxt tam bitib təhvil veriləcəyi ilə bağlı suala cavabında isə o, bunları deyib: "Təmir işlərinə payız ayından başladığımız və hazırda qış mövsümü olduğu üçün dəqiq təmir bərpa işlərinin nə vaxt bitəcəyi məlum deyil. Çünki yağıntılı havalar da bu işlərə təsir göstərir. Bu da öz növbəsində işlərin gecikməsinə səbəb olur".

Qeyd edək ki, binaların təmiri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən həyata keçirilir və Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 13 binanın təmiri üçün 7.5 milyon manat vəsait ayrılıb.

890
Teqlər:
prezidentin sərəncamı, təmir-bərpa, "AzComfort MMC", çoxmənzilli yaşayış binaları, qəzalı, Lənkəran
Əlaqədar
Şirkət əməkdaşı qəzalı elektrik dirəyi ilə birlikdə yıxılaraq ölüb
Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"
Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
Qəzalı yataqxanaların sakinlərinə ayda 250 manat kirayə pulu ödəniləcək