Təqvim

Bizi 2018-də nələr gözləyir: "İt ili"nin gətirdikləri...

1041
(Yenilənib 22:21 24.12.2017)
"Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Tarixi xronologiyaya baxanda, qarşıdan gələn "İt ili"nin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, bu illərdə əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verib. Hər halda, yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən "Xoruz ili"ndən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır.

Новогодняя елка в Баку
Sputnik/ Мурад Оруджев

"Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, elə bu səbəbdən də orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü "Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq" adlandırırdılar.

Tarixdə "İt ili"ndə baş vermiş mühüm hadisələrə nəzər yetirək:

962-ci il: Müqəddəs Roma imperiyası yaradılıb;

1238-ci il: Batı xanın qoşunları Moskvanı darmadağın ediblər;

1514-cü il: Qanlı Çaldıran döyüşü baş verib, Osmanlılar Təbrizi işğal edib;

1730-cu il: Sultan Mahmud taxta çıxıb;

1784-cü il: Avstriyada Y.Stuver ilk dəfə olaraq aerostatda uçuş həyata keçirib, İngiltərədə mexanik Ceyms Uayt tərəfindən buxar maşını ixtira edilib, İngiltərədə Edmunt Kartrayt tərəfindən mexaniki toxucu dəzgah ixtira olunub;

1796-cı il: Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçirib, İranda türk mənşəli Qacarlar sülaləsi hakimiyyətə gəlib;

1820-ci il: Şamaxı xanlığı ləğv edilib;

1874-cü il: Bakıda "Müqəddəs Nina" məktəbi əsasında ilk qadın gimnaziyası təşkil olunub;

Yeni il atəşi Bakını bürüyüb
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

1826-cı il: Rusiyada məşhur dekabristlərin beş nümayəndəsi — Pestel, Muravyov-Apostol, Bestujev-Ryumin, Rıleyev və Kaxovski edam olunublar, İran şahzadəsi Abbas Mirzə Şuşanı tutub, Gəncədə ruslar əleyhinə üsyan baş verib;

1898-ci il: Filippin dövləti müstəqillik qazanıb;

1910-cu il: Azərbaycan səhnəsində Üzeyir Hacıbəylinin "Ər və arvad" adlı ilk musiqili komediya tamaşaya qoyulub;

1922-ci il: SSRİ qurulub, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaradılıb, Türkiyənin hərbi və siyasi xadimi Ənvər Paşa Tacikistanda qətlə yetirilib, İngiltərənin Misir üzərində protektoratlığı ləğv edilib, M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət edib;

1934-cü il: Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, həftəlik "Ədəbiyyat qəzeti"nin ilk sayı çapdan çıxıb.

1946-cı il: İordaniya istiqlaliyyət qazanıb, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, İtaliya Respublika üsul-idarəsinə keçib, Albaniya Xalq Respublikası yaradılıb, Tokioda "Sony" kompaniyasının əsası qoyulub, Təbriz Universiteti açılıb;

1958-ci il: Mərkəzi Afrika Respublikası Fransadan ayrılaraq öz müstəqilliyini elan edib;

1970-ci il: "Luna-16" kosmik gəmisi Aydan torpaq gətirib, yaponlar ilk elektron kalkulyator hazırlayıb;

1982-ci il: İsrail silahlı qüvvələri Beyrutu bombalayarkən yüzlərlə dinc sakin, o cümlədən qadın və uşaqlar həlak olub;

Елки в городе: как Баку готовится к Новому году
Sputnik. Камилла Алиева

1994-cü il: Rusiya Çeçenistana hücum edib, Bakı metrosunun "20 Yanvar" stansiyasında törədilmiş terror nəticəsində 14 nəfər, eyni şəkildə "Gənclik" stansiyasında törədilmiş qanlı aksiya nəticəsində 7 nəfər həlak olub, Türkiyənin Van ərazisində 57 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib, Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" qatarında terror aktı törədilib, Bakıda neft hasilatına dair sənəd — "Əsrin müqaviləsi" imzalanıb, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olunub, ATƏM ATƏT-ə çevrilib, Ruandada soyqırım baş verib, Birinci Çeçen-rus müharibəsi başlanıb, C-130 İran təyyarəsi ermənilər tərəfindən vurulub, Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilov qətlə yetirilib;

2006-cı il: Moskvanın "Bauman" bazarının uçması nəticəsində 40-dan artıq soydaşımız həlak olub, dünya şöhrətli avtoritet Hikmət Muxtarov ("Sabirabadlı Hikmət") Moskvanın Leninqrad küçəsində qətlə yetirilib, İranda türkləri aşağılayan karikatura qalmaqalı başlayıb, İraqın keçmiş dövlət başçısı Səddam Hüseyn edam edilib, Çernoqoriya müstəqillik elan edib, Haaqa türməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobadan Miloşeviç vəfat edib, Lukoşenko 3-cü dəfə Belarusun prezidenti seçilib;

2018-ci il:…??? Qoy yeri-göyü xəlq edən Allahımız Azərbaycanı öz düşmənlərindən azad eləsin. Amin!

1041
Teqlər:
astroloq Səbuhi Rəhimli, İt ili, Xoruz ili, tarix
Əlaqədar
Azərbaycana "yeni il sürprizi" gətirən iki şübhəli avtomobil saxlanılıb
Məktəblərdə Yeni il şənliyi keçirilməsinə rəsmi münasibət
Yeni ildə istirahət üçün yer seçməyə tələsin: Xəbərdarlıq
İbrahimov: “Yeni il ərəfəsində ərzaq məhsullarının qiyməti qalxacaq”
Yeni il hazırlığı baş tutmadı
Yeni ilin ən təhlükəsiz avtomobillərinin adları açıqlandı - Siyahı
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

4
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

4
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

3
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

3
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan