Qaz plitəsi, arxiv şəkli

Mənzillərə verilən təbii qaz kəsiləcək

789
(Yenilənib 11:48 20.12.2017)
Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq

BAKI, 20 dekabr — Sputnik. Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fasilə diametri 325 mm-lik magistral qaz xətti üzərində "30-cu Sahə" Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədardır.

Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. "Azəriqaz" bildirir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək: "Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

789
Teqlər:
"Azəriqaz" İstehsalat Birliyi, Xətai rayonu, təbii qaz
Əlaqədar
Bu ərazilərə təbii qaz verilməsi dayandırılacaq
Qaz sayğacınızı "Azəriqaz"dan qoruyun, yoxsa məhkəməlik ola bilərsiz
Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış olub, ölən var
Azərbaycandan Gürcüstana qaz nəqli dayandırıldı
Qaz sızması partlayışa səbəb oldu

İşinizi ehtiyatlı tutun, sabah hava korlanacaq

3
(Yenilənib 13:38 26.11.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 26 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

3
Teqlər:
rayonlar, Abşeron, Bakı, külək, yağış, hava proqnozu
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Elşad Hacıyev Daxili İşlər Nazirliyinə təyin edildi

10
(Yenilənib 13:20 26.11.2020)
Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib

BAKI, 26 noyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

10
Teqlər:
rəis, əmr, Daxili İşlər Nazirliyi, Elşad Hacıyev