Babək prospekti, arxiv şəkli

Bakı sakinləri diqqətli olsun, proses başladı

1677
(Yenilənib 11:59 18.12.2017)
Avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

BAKI, 18 dekabr — Sputnik. Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər" — deyə qurumdan bildirilir.

1677
Teqlər:
yenidənqurma işləri, avtonəqliyyat vasitələri, Babək prospekti, təmir, küçə, sürücü
Əlaqədar
Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə
Paytaxt küçəsinə əcaib yol nişanı qoyulub
Sürücülərin diqqətinə: Bakının bu küçələri bağlanacaq