Avtobus və avtomobillər

Xəbərdarlıq: Bakıda anidən hərəkət dayandırılıb

394
(Yenilənib 15:19 15.12.2017)
Aparılan qazıntı işləri ilə bağlı bir neçə marşrutun xətlərində dəyişiklik olub

BAKI, 15 dekabr — Sputnik. Bu gün səhər saatlarından etibarən paytaxtın Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı bir neçə marşrutun xətlərində dəyişiklik olub. Bu barədə Sputnik Azərbaycan-a "Bakubus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

"Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək "Azadlıq" metrostansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq hər iki istiqamətdə — Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edir" qurumdan bildirilib.

394
Teqlər:
qazıntı işləri, Süleyman Sani Axundov küçəsi, "BakuBus" MMC, marşrut xətləri, paytaxt, məlumat
Əlaqədar
Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir
Növbəti marşrut xətti bərpa edildi
“Formula-1” ilə bağlı marşrutlarda edilən dəyişiklik ləğv olunub
Daha üç marşrut xəttinin istiqaməti dəyişib
Daha bir marşrut xəttində dəyişiklik edilib