Gəzişən adamlar

Sabaha gözlənilən hava şəraiti

302
(Yenilənib 13:33 15.12.2017)
Nazirlik gözlənilən məlumatı açıqlayıb

BAKI, 15 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Çiskinli hava
© Sputnik / Murad Orujov

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

302
Teqlər:
hava şəraiti, Abşeron yarımadası, Bakı, gündüz, gecə, külək, yağış
Əlaqədar
Gözlənilən hava şəraitindən xəbəriniz olsun
Xoş olmayan xəbər gəldi... - Hava proqnozu
Nazirlik əhalini gözlənilən hava şəraiti barədə xəbərdar edir
Bakıda yağışlı hava ilə bağlı qərar verildi
Paytaxt və bölgələr üçün hava proqnozu