Milli Məclisdə önəmli dəyişikliklər gözlənilir

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq

BAKI, 15 dekabr — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib.

İlk olaraq "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) — "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılacaq.

Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bundan sonra cərimənizi ödəməsəniz…

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsinə, Seçki, Mülki, Əmək, Vergi, İnzibati Xətalar və Torpaq məcəllələrində dəyişikliklərə baxılacaq.

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər müzakirə ediləcək.

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başa çatıb - Sputnik Azərbaycan
Silahlı Qüvvələrə mühüm vəzifə verilir - Azərbaycanda ilk dəfə

"Meliorasiya və irriqasiya haqqında", "Toxumçuluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Heyvanlar aləmi haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Polis haqqında", "Prokurorluq haqqında", "Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Taxil haqqında", "Məşğulluq haqqında", "İcra haqqında", "Televiziya və radio yayımı haqqında", "Lotereyalar haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Torpaqların münbitliyi haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0