Artur Rasizadə, Azərbaycan Respublikasının baş naziri

Artur Rasi-zadənin köməkçiləri işdən çıxarıldı

607
(Yenilənib 15:14 13.12.2017)
Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda baş nazirin köməkçilərinin sayı azaldılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bununla bağlı baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin "Baş nazirin birinci müavininin xidməti" bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

607
Teqlər:
köməkçi, müavin, Nazirlər Kabineti, Azərbaycan, baş nazir, ştat
Əlaqədar
Prezident Nazirlər Kabinetinin strukturu ilə bağlı fərman verdi
Prezident Nazirlər Kabinetini topladı
Prezident Nazirlər Kabinetini topladı
Nazirlər Kabinetinin siyahısı prezidentə təqdim olundu
Prezient Nazirlər Kabinetinə 6 ay müddət verdi