Türkiyəli müğənni Zühal Olcay

Ərdoğanı təhqir edən məşhur müğənniyə 56 ay həbs tələbi

198
(Yenilənib 01:06 13.12.2017)
Zühal Olcayın mahnı oxuyarkən prezident Ərdoğanın ünvanına təhqir kimi əli ilə işarə göstərib

BAKI, 13 dekabr — Sputnik. Türkiyədə məşhur müğənninin həbs edilməsi tələb edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Zühal Olcay prezident Ərdoğanı təhqir etməkdə ittiham olunur.

Anadolu Baş Prokurorluğu Mətbuat Cinayətləri İstintaq İdarəsində hazırlanan iddianaməyə görə, 155 xəbərdarlıq xəttinə zəng edən naməlum şəxs Zühal Olcayın 5 avqust 2016-cı ildə Kadıköydə mahnı oxuyarkən prezident Ərdoğanın ünvanına təhqir kimi əli ilə işarə göstərdiyini bildirib.

Bundan sonra müğənni haqqında cinayət işi açılıb.

İddianaməyə görə, videogörüntülər araşdırılarkən Zühal Olcayın "Boş vermişim dünyayı" adlı mahnıya uyğun şəkildə "Rəcəp Tayib Ərdoğan, hamısı boş, hamısı yalan, bir gün həyat bitəcək deyərsən, görmüşəm yuxu" deməsi və eyni zamanda əli ilə işarə edərək izləyici kütləsinə göstərməsi qeyd edilib. O da vurğulanıb ki, Olcay bu hərəkəti dəfələrlə təkrar edib. İddianamə çərçivəsində izahat verən müğənni bildirib ki, mahnını prezident Ərdoğan üçün uyğunlaşdırıb. Prezidentin adı 3 sözdən ibarət olduğu üçün bunu etdiyini, qərəzli mövqeyi olmadığını və əl işarəsini ona söz atanlara göstərdiyini deyib.

İddianaməyə görə, Olcay "prezidentə qəsdən təhqir" maddəsi ilə 1 il 2 aydan, 4 il 8 aya qədər həbs edilə bilər. Yaxın günlərdə müğənninin məhkəməsi olacaq.

Xatırladaq ki, Zühal Ocay 1957-ci ildə anadan olub və 1983-cü ildən sənətdədir.

198
Teqlər:
həbs tələbi, Zühal Olcay, məşhur müğənni, təhqir, Ərdoğan, cinayət işi
Əlaqədar
"Tramp Ərdoğanla danışmağa cəsarət etmədi"
Ərdoğan ilk dəfə olaraq Putinə belə təşəkkür etdi
Ərdoğandan Tramp əleyhinə sərt açıqlama
Putin Ankarada: Ərdoğanla görüşdə nələr müzakirə ediləcək?
Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

81
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

81
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
 Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

37
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

37