Qaçqınlara 700 milyon avro ayrıldı

© REUTERS / Umit BektasTürkiyədə qaçqınlar, arxiv şəkli
Türkiyədə qaçqınlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki proqram "Qızıl ay" və Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir

BAKI, 13 dekabr — Sputnik. Avropa İttifaqı Türkiyədəki qaçqınlara kömək etmək üçün 700 milyon avro ayıracaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti tərəfindən “Twitter”-də qeyd edilib.

Bildirilib ki, 650 milyon avro Dünya Qida Proqramı tərəfindən həyata keçirilən təcili sosial təminat şəbəkəsinə keçəcək. Digər 50 milyon avro UNICEF-in təliminin maliyyələşdirilməsi layihəsinin həyata keçirilməsinə kömək edəcək.

Qeyd edək ki, hər iki proqram "Qızıl ay" və Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Türkiyə miqrantlarla bağlı razılaşma əsasında 2018-ci ilin sonuna qədər Avropa Birliyindən 6 milyard avro məbləğində maliyyə yardımı almaq niyyətindədir.

Xəbər lenti
0