Duz

Gündə bir stəkan için, artıq çəkidən azad olun

256
(Yenilənib 10:21 13.12.2017)
Aparılan araşdırmalara görə, soda tez zamanda artıq çəkidən azad olmağa kömək edir

BAKI, 13 dekabr — Sputnik. Aparılan araşdırmalara görə, soda tez zamanda artıq çəkidən azad olmağa kömək edir. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu içki nəinki arıqlamağa kömək edir, eyni zamanda orqanizm üçün çox faydalıdır.

Çirkli hava və süni qidalar zamanla insan orqanizminə mənfi təsirlərini göstərir. Sodanı suya qarışdıraraq içmək bu zərərli maddələri bədəndən təmizləməyə kömək olur. Yeməkdən bir saat əvvəl bu məhlulu içdikdə həzm sisteminin yaxşı işləməsinə müsbət təsir göstərir. Bu məhlul metabolizmanı sürətləndirir və orqanizmdəki artıq yağları parçalayır. Eyni zamanda, xərçəng hüceyrələrinin bədəndə çoxalmasının qarşısını alır.

256
Teqlər:
süni qidalar, çirkli hava, artıq çəki, içki, xərçəng, orqanizm, duz
Əlaqədar
Bu içki piyləri əridir, onu özünüz rahat hazırlaya bilərsiniz
Orada kofe və energetik içki içmək olmaz, qadağandır...
Dünyanın ən yaxşı içkilərinin siyahısı
Bu içki sizi infarktdan qoruyur
Həkim: "Qazlı içkilərdən zəhərlənə bilərsiniz"
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

3
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

3
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

8
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

8
Teqlər:
nazir, Ermənistan, azad edilmə