Yemək süfrəsi, arxiv şəkli

Hansı qidalar xərçəngi sağalda bilər?

428
(Yenilənib 00:17 13.12.2017)
Alimlər qidaların müxtəlif yaşlı insanlara müxtəlif formada təsir etdiyini sübut ediblər

BAKI, 12 dekabr — Sputnik. Qidaların insanın psixi vəziyyətinə müxtəlif təsirləri müəyyənləşib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerikalı alimlər qidaların müxtəlif yaşlı insanlara müxtəlif formada təsir etdiyini sübut ediblər.

Dünyanın müxtəlif ölkələrində yaşayan müxtəlif yaşlı insanlar araşdırma çərçivəsində onlayn sorğuya cavab verərək hansı qidalardan sonra hansı hissləri keçirdiklərini, psixi vəziyyətləri ilə bağlı vəziyyətlərini təsvir ediblər.

MasSpec Pen
© Photo : Vivian Abagiu / University of Texas at Austin

Alimlər nəticələrə uyğun olaraq belə qənaətə gəliblər ki, 18-29 yaşlı insanların ət və ət məhsulları yedikləri zaman psixi vəziyyətləri yaxşılaşır. Ət məhsulları qəbul edilən zaman beyində serotonin və dofamin yaranır ki, bu da həmin yaşda insanların əhvalına təsir edir.

30 yaşından böyük şəxslərin isə daha çox tərkibində antioksidant olan məhsullara – qırmızı şərab, yaşıl çay və s. qarşı daha həssas olduqları müəyyən edilib.

Bir tərəfdən, belə qidalar oksidantların təsirini neytrallaşdırır. Çünki 30 yaşından sonra insanlarda ruhi xəstəliklərə səbəb ola bilən oksidantların sayı artır. Digər tərəfdən isə belə məhsullar stressə səbəb olur.

Xatırladaq ki, daha əvvəl Britaniyalı alimlər müəyyən etmişdi ki, nar, qırmızı üzüm, göbələk və mərcimək zədələnmiş hüceyrələrin yenilənməsinə səbəb olur. Onların vasitəsilə ilə bir sıra xəstəlikləri, o cümlədən xərçəngi müalicə etmək olar.

428
Teqlər:
sağalma, alimlər, tədqiqat, qida, xərçəng
Əlaqədar
Xərçəngi hərəkətə gətirən ən təhlükəli məhsul
Xərçəngin dərmanı olan qidalar: Onların hamısı Azərbaycanda var
Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun
Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

12
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

12
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

9
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

9
Teqlər:
tolerant, dua, şəhidlər