Bakı-Sumqayıt yolu

Bakı Sumqayıt sakinlərinin diqqətinə!

584
(Yenilənib 12:04 12.12.2017)
Bakı-Sumqayıt qatarına əlavə qatar qoşulub

BAKI, 12 dekabr — Sputnik. Bakı-Sumqayıt qatarına əlavə qatar qoşulub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabr ayının 11-dən 15-dək (15-i də daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

584
Teqlər:
əlavə heyət, sərnişin sıxlığı, Bakı-Sumqayıt qatarı
Əlaqədar
Bakı-Sumqayıt yolunun yolçularının işi asanlaşacaq
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirildi
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib
Bakı-Sumqayıt yolu yenidən bağlanacaq?
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

0
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

0
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda vaksinasiya necə aparılacaq - Nazirlikdən izahat

3
(Yenilənib 18:09 15.01.2021)
Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb.

Sputnik Azərbaycan A.Rüstəmovun müsahibəsini təqdim edir:

- Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu?

- Vaksinlər təlim kursu keçən tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

- Vaksinasiya prosesi necə həyata keçiriləcək?

- Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülmüşdür. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölunmüşdür. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.

- Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydası varmı?

- Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

- Peyvənd otaqlarında saxlanma şəraiti necədir?

- Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilmişdir.

3
Teqlər:
Səhiyyə Nazirliyi, korona virusu, epidemiya, COVID-19