BakuBus avtobusu

Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir

787
(Yenilənib 15:34 11.12.2017)
Paytaxtda fəaliyyət göstərən 17 saylı avtobus xətti "Bakubus"ın nəzarətinə keçib

BAKI, 11 dekabr — Sputnik. Bakıda fəaliyyət göstərən 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib.

Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı "141" Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə BNA tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunub, o cümlədən "141 Çağrı Mərkəzi"nə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.

Bunları nəzərə alaraq 17 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. Dəyişiklik 16.12.2017 tarixdən qüvvəyə minəcək.

Qeyd edək ki, bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq.

787
Teqlər:
17 nömrəli marşrut, sərnişindaşıma xidməti, müntəzəm marşrut xətti, BNA, fəaliyyət, Bakı Nəqliyyat Agentliyi, Bakı
Əlaqədar
Növbəti marşrut xətti bərpa edildi
Daha üç marşrut xəttinin istiqaməti dəyişib
Daha bir marşrut xəttində dəyişiklik edilib
Bu marşrutun hərəkət istiqaməti dəyişir