Çiskinli hava

Hava şəraiti ilə bağlı son xəbər

1070
(Yenilənib 13:17 11.12.2017)
Lakin gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var

BAKI, 11 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

1070
Teqlər:
yağmursuz, dəyişkən buludlu, hava şəraiti, Abşeron yarımadası, Bakı, gündüz, gecə
Əlaqədar
Nazirlik əhalini gözlənilən hava şəraiti barədə xəbərdar edir
Bakıda yağışlı hava ilə bağlı qərar verildi
Paytaxt və bölgələr üçün hava proqnozu
Yağış, duman, çiskin - Hava xəbərdarlığı
Qanqaraldıcı hava şəraiti davam edəcək