DYP əməkdaşı

Bakı polisindən sürücülərə xəbərdarlıq

689
(Yenilənib 10:24 12.12.2017)
"Tövsiyə edirik ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin"

BAKI, 11 dekabr — Sputnik. "Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq".

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib. Onun sözlərinə görə, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətin təşkili məqsədilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 07:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər: "Tövsiyə edirik ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin".

689
Teqlər:
Parlament prospekti, ümummilli lider Heydər Əliyev, Fəxri Xiyaban, hərəkət, küçə, sürücü, avtomobil
Əlaqədar
İki dövlət qurumu üz-üzə gəldi: Paytaxtın məşhur küçəsində nə baş verir?
Sürücülərin diqqətinə: Bakının bu küçələri bağlanacaq
Daha bir küçə sürücülərin üzünə bağlanıb
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

0
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

0
Amerikalı aktyor Tom Kruz, arxiv şəkli

Sənət qurban tələb edir - 111 illik körpünü partladacaqlar

3
"Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

BAKI, 13 avqust — Sputnik. Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

Hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü artıq istismardan çıxıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Xatırladaq ki, "Paramount Pictures" kino şirkəti fevral ayında çəkilişləri dayandırmışdı. Bu addımı Appenin yarımadasında yayılan koronavirus səbəbindən atmışdı. "Çətin Tapşırıq 7" ("Mission Impossible 7") filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rolun ifaçısı ilə yanaşı, digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülmüşdü. Hollivud ulduzu Tom Kruzun baş rolda yer aldığı filmin bəzi səhnələri Venesiyada lentə alınmalı idi. Plana uyğun olaraq çəkiliş qrupu Venesiyada üç həftə keçirməli idi.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

3