Yağışlı hava

Paytaxt bölgələr üçün hava proqnozu

183
(Yenilənib 14:08 05.12.2017)
Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 5 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 6-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Açıq havada gəzişən adamlar
© Sputnik / Murad Orujov

Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

183
Teqlər:
hava şəraiti, Abşeron yarımadası, qar, Bakı, gündüz, gecə, yağış
Əlaqədar
Yağış, duman, çiskin - Hava xəbərdarlığı
Qanqaraldıcı hava şəraiti davam edəcək
Vətəndaşlar üçün hava proqnozu
Həftə yaxşı hava ilə başlayacaq
İstirahət günü hava ürəkaçan olmayacaq