Yavuz Türkgenci

Ankaradan sonra Bakıda yığışırlar

16
(Yenilənib 15:17 04.12.2017)
Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

BAKI, 4 dekabr — Sputnik. Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

İclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi general-leytenant Yavuz Türkgencidir.

Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

Qeyd edək ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilib.

16
Teqlər:
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası, Müdafiə Nazirliyi, Bakı
Əlaqədar
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib
Azərbaycan prezidenti Türkiyəyə səfər etdi
Türkiyədən Azərbaycan aviaşirkətinə qadağa: Hava məkanımızdan keçmə!!!