CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Günəşli faciəsindən iki il keçir

© Sputnik / Murad Orucov"Günəşli" yatağındakı dəhşətli yanğından 40 gün keçdi
Günəşli yatağındakı dəhşətli yanğından 40 gün keçdi - Sputnik Azərbaycan
Abunə olmaq
İtkin düşənlərdən 12-nin meyiti tapılsa da, 18 nəfərdən bu günə qədər xəbər yoxdur

BAKI, 4 dekabr — Sputnik. Bu gün Günəşli yatağında baş verən faciədən 2 il ötür. Sputnik Azərbaycan xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində dəhşətli yanğın hadisəsi baş vermişdi. SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

Qeyd edək ki, hadisə zamanı platformada 63 nəfər işçi olub. Onlardan 33-ü xilas edilsə də, 30 nəfər itkin düşüb. İtkin düşənlərdən 12-nin meyiti tapılsa da, 18 nəfərdən bu günə qədər xəbər yoxdur.

Xəbər lenti
0