Qəbələyə yağan qar

Bəzi rayonlarda qar şaxta gözlənilir

166
(Yenilənib 15:14 29.11.2017)
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

BAKI, 29 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək.

Gəzişən adamlar
© Sputnik / Murad Orujov

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-da bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

166
Teqlər:
hava şəraiti, Abşeron yarımadası, bulud, temperatur, qar, Bakı, gündüz, gecə, şaxta, yağış
Əlaqədar
Həftə yaxşı hava ilə başlayacaq
Sabaha hava proqnozu
Duman, çiskin, bulud: İstirahət gününə olan hava
Yeni həftədə də hava ürəkaçan olmayacaq - Rəsmi