Milli Məclisin idarə müdiri hökumətdən kömək istəyir: "İki milyon manat lazımdır"

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin saxlanması üçün 24 milyon manat vəsait ayrılıb

BAKI, 23 noyabr — Sputnik. 2018-ci ildə parlamentin və onun aparatının saxlanılması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. Bu vəsaitin də 68,8%-ni əmək haqqı fondu və bununla bağlı digər ayırmalar təşkil edir.

Siyavuş Novruzov - Sputnik Azərbaycan
Siyavuş Novruzov imkansızlıqdan danışdı: "Pul ayrılsa, yaxşı olar"

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin plenar iclasında büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, xarici ölkələlərdən gələn qonaqların, xaricə səfərlərin, daxili ezamiyyələrin sayı artıb və bununla bağlı büdcədə xərclərin artırılması lazımdır: "2018-ci ilin xərclər smetasında bəzi maddələr üzrə vəsait çatışmazlığını nəzərə alaraq xarici ezamiyyəllər paraqrafında 200 min manat, digər alışlar və xidmətlər yarımmaddəsində 300 min, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlığın alınmasına 100 min manat, icarə və muzdlu xidmətlər maddəsinə 200 min manat, avtoparkının maddi texniki-bazasının yaxşılaşdırılması, yeni maşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 mln. 200 min əlavə vəsaitin nəzərə alınmasına kömək göstərilməsini xahiş edirəm".

Xəbər lenti
0