Siyavuş Novruzov

Siyavuş Novruzov imkansızlıqdan danışdı: "Pul ayrılsa, yaxşı olar"

325
(Yenilənib 15:27 23.11.2017)
Siyavuş Novruzov: "Parlamentdə çalışan əməkdaşların əmək haqqının artırılması yaxşı olar"

BAKI, 23 noyabr — Sputnik. "Parlamentdə çalışan əməkdaşlar bütün sahələr üzrə dövlətin işlərində yaxından iştirak edirlər. İmkan olsa, onların əmək haqqının artırılması daha yaxşı olar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetasının müzakirəsi zamanı deyib. Millət vəkili parlamentə ayrılan vəsaitin artırılmasını təklif edib.

"Parlamentin işləri nəzərdə tutulandan da çox ola bilər. Milli Məclisin üzvləri xaricə ezam olunurlar. Bunun üçün vəsait tələb olunur. Bizim kifayət qədər dostluq qruplarımız var və yaxşı da işləyirlər. Dostluq qruplarının Azərbaycan gəlib buradakı inkişafı, görülən işləri öz gözləri ilə görmələri, əyani tanış olmaları mühümdür" — deputat bildirib.

"Qonaqların Azərbaycan ilə əyani tanış olmaları daha yaxşıdır. Bunun üçün də müəyyən qədər vəsait əlavə oluna bilər" — Novruzov əlavə edib.

O vurğulayıb ki, müxtəlif kitabların çap olunmasına parlament özü dəstək verməlidir: "Məsələn, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı. Elə kitablar var ki, başqa dillərə tərcümə olunmalıdır. Lakin bunun üçün də vəsait lazımdır".

325
Teqlər:
əməkdaş, vəsait, Siyavuş Novruzov, Milli Məclis, millət vəkili, parlament, Azərbaycan
Əlaqədar
Azərbaycanlı millət vəkili Gürcüstanı nümunə göstərdi
Millət vəkili: "Professional həkimin maaşı 150-160 manatdır"
Millət vəkili əhalinin sağlamlığı naminə bu addımı atmağı təklif etdi
Millət vəkilindən həmkarlarına iqtisadi nəzəriyyə dərsi
Millət vəkili: "Biz avropalı deyilik, asiyalıyıq"
Avtobus dayanacağı, arxiv şəkli

DYP-dən dayanacaqlarla bağlı narazılıq

3
(Yenilənib 16:54 25.11.2020)
Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin.

BAKI, 25 noyabr — Sputnik. "Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onlayn formatdan keçirilən "Baku City Forum"da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.

Onun sözlərinə görə, narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir: "Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəndən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin".

3
Teqlər:
narazılıq, dayanacaq, DYP
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

5
(Yenilənib 16:56 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

5
Teqlər:
xəstə, COVID-19, Koronavirus, Masallı