Sabaha hava proqnozu

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə yağış yağacaq, külək güclənəcək

BAKI, 22 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Дождь, фото из архива - Sputnik Azərbaycan
Sabaha hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 9-12, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0