Manat və dollar

Dollar ilk dəfə bu həddi keçdi

1800
(Yenilənib 10:13 20.11.2017)
Hazırda Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə isə 1.7002 manat təşkil edir

BAKI, 20 noyabr — Sputnik. Son 20 gündə valyuta birjasında dollar ilk dəfə 1.70 manatı keçib. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, noyabr ayının 20-də banklararası ticarətdə dollar 0,15% bahalaşaraq 1.7001 olub.

Ötən gün terminal üzərində dollar ticarəti 1.6975 manat məzənnəsi ilə yekunlaşıb. Hazırda Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə isə 1.7002 manat təşkil edir.

Qeyd edək ki, Elman Rüstəmovun manatın bahalaşacağı ilə bağlı açıqlamasından sonra, noyabr ayının 1-dən etibarən dollar 1.70 manatdan aşağı düşmüşdü.

1800
Teqlər:
Mərkəzi Bank, 1.70 manat, dollar, valyuta birjası
Əlaqədar
Bu gün dollarla bağlı mühüm qərar qəbul olunacaq
Dollar neçəyə oldu?
Dolların rəsmi məzənnəsi açıqlandı
Dollarla bağlı nə baş verdi?

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

2
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

2
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Atatürkün Naxçıvanla bağlı arzusu həyata keçirilir - TBMM-in spikeri

10
Mustafa Şentop: "Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi".

BAKI, 28 noyabr - Sputnik. Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri birmənalı  hərbi qələbə ilə geri almasından sonra ölkəmiz və Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb. 

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O, bu məsələdə Mustafa Kamal Atatürkün Naxçıvanla bağlı mövqeyini də yada salıb:

"Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq".

TBMM-in spikeri onu da qeyd edib ki, məqsəd Orta Asiyadakı türk cümhuriyyətləri ilə əlaqələri daha da genişləndirməkdir:

"Tarixi İpək Yolunu daima birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq". 

10
Teqlər:
Naxçıvan, Mustafa Kamal Atatürk, Atatürk, Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisi, Orta Asiya